THE IMPACT OF MODERN TECHNOLOGICAL DEVELOPMENT ON THE FORMATION OF YOUNG PEOPLE'S PSYCHOLOGY
Abstract
Qloballaşan dünyada müasir texnoloji inkişaf insanların psixologiyasının formalaşmasında mühüm əhəmiyyət daşıyır. müxtəlif informasiya-komunikasiya texnologiyalarının, rəqəmsal texnologiyaların, sosial platformaların geniş şəkildə yayılması gənclərin kütləvi şəkildə istifadəsinə səbəb lur. Müasir texnoloji yeniliklərdən istifadə gənclərin informasiya bazasının artmasına, informasiyanın əlçatanlığının təmin olunmasına, uzun məsafə qəth etmədən əlaqənin qurulmasına, ətrafının genişlənməsinə şərait yaradır. Gənclərin ünsiyyət qurma imkanlarının genişlənməsinə səbəb olur.
Müasir texnoloji inkişaf gənclərin inkişafında müsbət tərəflərlə yanaşı mənfi tərəflərinin də artmasına səbəb olmuşdur. Gənclər həddindən artıq texnologiya vasitələrindən istifadə etməsi onlarda aslılığın yaranmasına səbəb olur. Belə ki, həddindən artıq və nəzarətsiz istifadə diqqətin dağılması, emosional gərginlik, sosial təcrid, asılılıq və özünəqiymətin zəifləməsi kimi psixoloji problemlərə səbəb ola bilər. Bu baxımdan gənclərin psixoloji inkişafının sağlam şəkildə formalaşması üçün texnologiyalardan şüurlu, balanslı və məqsədyönlü istifadə mühüm əhəmiyyət daşıyır. Ailə, məktəb və cəmiyyətin birgə fəaliyyəti gənclərin rəqəmsal mühitdə psixoloji rifahının qorunmasında əsas rol oynayır.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.