RƏQABƏTƏDAVAMLI İQTİSADİ İNKİŞAFIN NƏZƏRİ ƏSASLARI
Abstract
İqtisadi inteqrasiyanın geniş vüsət aldığı müasir dövrdə sahibkarlıq münasibətlərinin əsasını iqtisadiyyatın tənzimlənməsi təşkil edir. Bunu da ölkədə yalnız azad daha geniş rəqabət mühitinin yaradılması ilə əldə etmək mümkündür. Belə ki, rəqabətli iqtisadiyyat cəmiyyətin sərəncamında olan məhdud iqtisadi resurslardan daha da səmərəli istifadəyə səbəb olur. Digər tərəfdən isə rəqabət istehlakçılara ən zəruri məhsulların istehsalı üçün resursların müəssisə və sahələr arasında səmərəli bölgüsünə nail olmağa imkan verir. Rəqabətin inkişafı tələbə uyğun məhsulların ən ucuz yolla istehsal olunmasına, onların keyfiyyətinin artırılmasına, bütövlükdə isə bazar subyektləri arasında sahibkarlıq fəaliyyətinin ən əlverişli şərtlər daxilində həyata keçirilməsinə səbəb olur. Deməli, ölkədə rəqabət mübarizəsi dinamik prosesdir və bazarın əmtəə ilə daha yaxşı təminatına xidmət edir, o, istehsalın tempinin, məhsul buraxılışının və həcminin tənzimlənməsi rolunu oynayır və bu zaman istehsalçını elmi-texniki nailiyyətlərin tətbiqinə, əmək məhsuldarlığının yüksəldilməsinə, texnologiyanın, istehsalın təşkilinin təkmilləşdirilməsinə, bütövlükdə isə innovasiyalı iqtisadiyyatın yaradılmasını həyata keçirir.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.