Azərbaycanda biznes mühitində rəqabət amili

Authors

  • Cavanşir Ramazanov Magistrant, Bakı Biznes Universiteti

Abstract

Sahibkarlıq subyektlərinin infrastruktur aspektindən rəqabət amili müvafiq iqtisadi subyektdə mövcud infrastrukturun növü, keyfiyyəti və istifadəsi üçün ödənişin məbləği və s rəqabətin təbiətinə təsir edir. Həmçinin ölkənin nəqliyyat sistemi, rabitə sistemi, poçt xidmətləri, ölkədaxili və ölkədən kənara olan bank ödənişləri, səhiyyə və mədəniyyət sistemi, mənzil fondu və yaşamaq və işləmək baxımından cəlbediciliyi və digər amillər də infrastruktura təsir edən amillərə daxildir. Yuxarıda sadalananlardan əlavə qeyd etmək lazımdır ki, sahibkarlıq subyektlərinin məxsus olduğu sektorun xüsusiyyətləri əlbəttə ki, istifadə edilən amillərin tərkibinə və məzmununa dair əhəmiyyətli fərqlər yaradır. Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin iqtisadiyyatda yeri və rolu son dövrlərdə iri iqtisadi subyektlərənəzərən daha əhəmiyyətli olmağa başlamışdır. Xüsusilə də, ölkəmizdə ümumi daxili məhsulun yaradılması, məşğulluğun səviyyəsinin yüksəldilməsi, həmçinin büdcənin gəlir hissəsinin təmin edilməsinin vergi daxilolmaları ilə ödənilməsi kimi məsələlərdə kiçik və orta sahibkarlıq subyektləri əvəzedilməz imkanlara malikdir. Nəinki, daxili istehsal və ticarət əməliyyatlarında eləcə də, xarici ticarət dövriyyəsinin genişlənməsində də həmin iqtisadi subyektlər böyük rola malikdir. Odur ki, davamlı olaraq inkişaf etmək arzusunda olan Azərbaycan digər inkişaf etmiş dövlətlərdə olduğu kimi kiçik və orta sahibkarlıq subyektlərinədövlət dəstəyini də təmin edir. Bunun əsas səbəbi isə müvafiq təsərrüfat subyektlərinin iqtisadi inkişafin əsas təminatçısı, məşğulluğun və innovasiyaların vacib mənbəyi olduğunu göstərir. Dünya təcrübəsi göstərir ki, kiçik və orta sahibkarlıq subyektləri eyni zamanda inkişaf etməkdə olan ölkələrin də makroiqtisadi səhnəsində önəmli rola malikdirlər

Published

2024-05-26

How to Cite

Cavanşir Ramazanov. (2024). Azərbaycanda biznes mühitində rəqabət amili. Foundations and Trends in Research, (6). Retrieved from https://ojs.scipub.de/index.php/FTR/article/view/3661