LİNQVİSTİK SEMASİOLOGİYA VƏ ONUN NİTQ MƏDƏNİYYƏTİNƏ TƏSİRİ

Authors

  • Nazilə Yusifova Yusif qizi Azərbaycan Dövlət Pedaqoji Universiteti

Keywords:

Linqvistik, fonetik, sintaktik, semantika, ritorizm

Abstract

   Semanitka semasiologiya sahəsinin predimetidir. Semasiologiya termini mənşəcə yunan dilinə məxsusdur. Semasiologiya termininin ümumi anlayışı məna haqqında elm kimi anlaşılır. Semantik dil elementlərinin məna xüsusiyyətlərini öyrənən elm sahəsindən ibarətdir. Semantika həm linqvistik və həm də qeyri-linqvistik vasitələrlə baş verir. Linqvistik semantikanın linqvistik ifadə vasitələri fonetik, leksik, morfoloji və sintaktik dil vahidləri ilə təcəssüm olunur. Linqvistik semantikanın ifadə vasitələri mətndə özünəməxsus normalarla müşayiət edilir. Məsələn fonetik elementlərin norma hüdudu onların söz tərkibində ardıcıl sıralanması ilə səciyyələnir. Fonetik elementlərin söz tərkibində sıralanması ilə ritm və ahəngdarlıq baş verir ki, bu da üslubi fiqur kimi mətndə linqvopoetik bir norma yaradır. Deməli fonetik elementlərin sırası linqvistik baxımdan pozulmaz bir ardıcıllıq yaratdığı kimi poetizm baxımından da ahəngdarlıq və ritm yaradılmasına xidmət edir.  Leksik vahidlərin semantikası sözlərin müəyyən qruplar üzrə paradiqma yaratması ilə səciyyələnir. Məsələn, bu paradiqmaya ümumişlək sözlər, alınma sözlər, köhnəlmiş sözlər və arxaizmlər, neologizmlər, terminlər, ekzotizmlər, varvarizmlər, poetik sözlər, reali və etnoqrafizmlər və s. kimi söz qrupları daxil olur. Hər bir söz qrupunun özünəməxsus norması var. Ona görə də məsələn, ümumişlək sözlər neologizmlərdən, terminlərdən arxaizmlərdən və s. fərqlənir. Morfoloji semantika morfoloji elementlərin söz tərkibində bildirdiyi anlayışlar əsasında meydana çıxır. Onların norma keyfiyyəti isə söz tərkibindəki ardıcıllığı ilə müəyyən edilir. Belə ki, məsələn sözün tərkibində birinci sözdüzəldici, daha sonra isə sözdəyişdirici şəkilçilər işlənir. Bu norma sabitdir və ondan kənaraçıxma aqlütinativ bir dil kimi Azərbaycan dili qanunlarına ziddir.

Sintaktik semantika sintaktik vahidlərin ifadə üsulları ilə baş verir. Sintaktik semantika həm söz birləşmələri və həm də cümlələr vasitəsi ilə meydana çıxır. Sintaktik semantikada da norma söz birləşmələrinin və cümlələrin ardıcıllığı və sırası əsasında baş verir. Ardıcıllıq və sıra normativ sintaktik vahidlərdə daimidir və sabitdir. Bəzi hallarda emosiyanın və poetik ifadə tərzinin tələbləri ilə sabit sıra dəyişə də bilir. Bu halda semantika, anlayış, ritorizm sintaktik vahidlərin anlayış normasının saxlanmasını təmin edir.

Published

2024-02-11

How to Cite

Nazilə Yusifova Yusif qizi. (2024). LİNQVİSTİK SEMASİOLOGİYA VƏ ONUN NİTQ MƏDƏNİYYƏTİNƏ TƏSİRİ. Foundations and Trends in Research, (5). Retrieved from https://ojs.scipub.de/index.php/FTR/article/view/2956