Xarici dilin tədrisi zamanı yazı vərdişlərinin aşılanması yolları

Authors

  • Sevinc Akif qızı Əliyeva Baş müəllim, ADPU-nun Şəki filialı

Keywords:

Akademik yazı, rəsmi yazı, yazı bacarığı, nəticə yönümlü yanaşma, proses yönümlü yanaşma

Abstract

Müasir dövrdə qloballaşma prosesləri xarici dillərin öyrənilməsini və öyrədilməsini zəruri etmişdir. Xarici dilin tədrisi təkcə kommunikativ bacarıqların formalaşdırılması ilə məhdudlaşmır, eyni zamanda dinləmə, danışma, oxu və yazı kimi əsas dil bacarıqlarının kompleks inkişafını nəzərdə tutur. Bu bacarıqlar arasında yazı xüsusi əhəmiyyətə malikdir, çünki o, dilin həm funksional, həm də akademik istifadəsini təmin edir. İngilis dili kimi beynəlxalq ünsiyyət vasitəsini öyrənən şəxslər üçün yazı bacarıqlarının düzgün formalaşdırılması onların akademik, peşəkar və sosial sahələrdə effektiv ünsiyyət qurmasına şərait yaradır. Lakin yazı bacarığının inkişafı bəzən digər bacarıqlardan geri qalır və bu da öyrənənlərdə yazılı ifadə zamanı çətinliklər yaradır.

Yazı bacarığının formalaşdırılması üçün yaradıcı mühitin yaradılması, mərhələli öyrənmə yanaşmasının tətbiqi və müxtəlif yazı formaları ilə işləmək vacibdir. Esse, rəsmi məktub, hesabat və təqdimat kimi tapşırıqlar tələbələrə müxtəlif yazı tipləri ilə tanış olmaq və bu sahədə praktiki bacarıqlar qazanmaq imkanı verir. Müəllimlərin bu prosesdə rolu xüsusi əhəmiyyət daşıyır; onlar yalnız bilik ötürən deyil, həm də istiqamətləndirici və motivasiyaedici rol oynayırlar. Yazı prosesinin bütün mərhələlərində müəllimin dəstəyi və fərdi rəy öyrənənlərin fikirlərini daha aydın və səlis ifadə etməsinə kömək edir.

Eyni zamanda, texnologiyaların tətbiqi də yazı bacarıqlarının inkişafına mühüm təsir göstərir. Rəqəmsal platformalar, onlayn korrektə alətləri və tərəfdaş yoxlaması üsulları tələbələrin dil səhvlərini müəyyənləşdirməsinə və tənqidi düşünmə qabiliyyətini gücləndirməsinə şərait yaradır. Məqalədə ingilis dilinin tədrisində yazı bacarıqlarının inkişafı, rəsmi və akademik yazı nümunələrinin quruluşu, yazı prosesində istifadə olunan metodlar və durğu işarələrinin rolu araşdırılaraq bu sahədə effektiv metodların və praktik yanaşmaların müəyyənləşdirilməsi əsas məqsəd kimi qoyulur.

Published

2025-11-10

How to Cite

Sevinc Akif qızı Əliyeva. (2025). Xarici dilin tədrisi zamanı yazı vərdişlərinin aşılanması yolları. European Research Materials, (11). Retrieved from https://ojs.scipub.de/index.php/ERM/article/view/7059

Issue

Section

Philological Sciences