RƏQƏMSAL MARKETİNQİN TƏTBİQİ SAHƏLƏRİ
Abstract
Raqəmsal texnologiyaların inkişafi bəşəriyyət qarşısında tərəqqi üçün yeni üfüqlər açır. Hazırda dünya "Sənaye 4.0" - Dördüncü Sənaye İnqilabına qədəm qoyur. Bu istehsalın avtomatlaşdırılması, robotlaşma, süni intellektdən geniş istifadə, iqtisadiyyatın bütün sahələrində rəqəmsal texnologiyaların tətbiqi deməkdir. "Sənaye 4.0" raqəmsallaşma, texnoloji infrastruktur quruculuğu ilə sıx bağlı olaraq ən fərqli sahələrdə yeniliklərin tətbiqinə və inkişafa gətirib çıxarır.
Hazırda dünya ölkələri yeni inkişaf mühitinə qədəm qoyaraq rəqəmsallaşma istiqamətində yeni təşəbbüslər irəli sürürlər. Belə bir dövrdə rəqəmsal texnologiyaların tətbiqi, xüsusilə də iqtisadiyyatın rəqəmsallaşması və rəqəmsal iqtisadiyyatın qurulması ən çox müzakirə olunan masələlərdəndir. Texnoloji tərəqqi dünya üzrə müxtəlif regionlarda fərqli səviyyədə olduğundan dövlətlər də rəqəmsallaşma üzrə fərqli inkişaf səviyyəsinə sahibdirlər və ümumilikdə bir neçə grupa bölünürlər. Belə ki, ölkələr rəqəmsallaşma üzrə 1) liderlər,2) əsas qrup, 3) geri qalanlar, 4) yeni başlayan liderlər və 5) rəqəmsallaşmada ötmə səviyyəsində olan dövlətlər kimi təsnif olunurlar. Əgar Canubi Koreya, Danimarka, Böyük Britaniya, İsveçrə və Çin kimi dövlətlər liderlər kateqoriyasına, Almaniya, ABŞ, Yaponiya, Hindistan, Avropa İttifaqı ölkələri əsas qrupa daxildirlərsə, digər dövlətlər müvafiq olaraq geri qalanlar, yeni başlayan liderlər və rəqəmsallaşmada ötmə səviyyəsinda olanlar kateqoriyasında aiddirlər.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.