YÜNGÜL SƏNAYEDƏ MARKETİNQ SİYASƏTİ

Authors

  • Urkayev Məmməd dosent
  • Mirzəyev Cövhər magistrant

Abstract

Azərbaycanda son illərdə daha da təşəkkül tapmış iqtisadi sahələrdən biri yüngül sənaye sahəsidir. Yüngül sənaye sahəsinin inkişafına nail olmaq, eləcə də innovasiyalı məhsul istehsalına təkan vermək üçün marketinqin tətbiqi olduqca vacibdir.

Yüngül sənayedə  marketinq siyasəti istehlakçının tələbatını ödəyən və mənfəət əldə etməyə imkan verən innovasiyalı məhsulların yaradılmasının və satışının bütün mərhələlərinin qarşılıqlı əlaqəsi kimi xarakterizə edilir. Beləliklə marketinq müəssisənin resurslarının bazar tələbatına uyğunlaşdırılması prosesidir.

Yüngül sənayedə marketinq strategiyasının tətbiqi ilə əlaqədar olan problemlərin həlli mərhələləri əsasən aşağıdakılardan ibarətdir:

  1. müəssisə səviyyəsində marketinq siyasətinin düzgün təşkili;
  2. müəssisə səviyyəsində marketinq siyasətinin düzgün planlaşdırılması;
  3. marketinq strategiyası üzrə idarəetmə qərarlarının hazırlan­ması və qəbulu;

Yüngül sənayedə innovasiyalı məhsullarda marketinq siyasəti ilə əlaqədar olaraq yuxarıda sadalanan həlli yollarına nail olmaq üçün sahə səviyyəsində marketinqə baxılmalıdır. Marketinq ümumi bir proses kimi nəzərdən keçirilməlidir. Sahə üzrə çalışan müəssisələrdə marketinq qərarlarının düzgün qəbulu üçün marketinq prosesinin hər bir mərhələsi analiz edilməli və nəticələrə müvafiq tövsiyyələr hazırlanmalıdır.

Published

2024-06-02

How to Cite

Urkayev Məmməd, & Mirzəyev Cövhər. (2024). YÜNGÜL SƏNAYEDƏ MARKETİNQ SİYASƏTİ . European Research Materials, (6). Retrieved from https://ojs.scipub.de/index.php/ERM/article/view/3758

Issue

Section

Economic Sciences