TOXUCULUQ MÜƏSSİSƏLƏRİNDƏ GƏLİR VƏ XƏRCLƏRİN UÇOTUNUN MÜASİR STANDARTLARININ TƏTBİQİNİN İQTİSADİ NƏZARƏTDƏ VƏ İDARƏETMƏDƏ ROLU

Authors

  • S.S.Musayev Azərbaycan Texnologiya Universiteti, Biznesin idarə edilməsi (Mühasibat uçotu üzrə), MBA II kurs tələbəsi
  • V.M.Ramazanov i.ü.f.d. dos., Azərbaycan Dövlət Aqrar Universiteti

Keywords:

Toxuculuq müəssisəsi, mühasibat uçotu, idarəetmə, istehsal xərcləri, maya dəyəri maya dəyəri

Abstract

Fərqli tarixi ənənələri ilə tanınan toxuculuq müəssisələri ölkənin ən qədim və ən böyük sənaye sahələrindən birini təmsil edir. Sovet hakimiyyəti illərində toxuculuq sənayesi inkişaf etmiş, müasir texnologiya ilə təchiz edilmişdi. 1990-cı illərin əvvəllərindən etibarən Azərbaycanda toxuculuq sənayesi dərin böhranla üzləşdi. Bu vəziyyət bir çox iqtisadi və siyasi hadisələrin nəticəsi idi. Bu təsirlər nəticəsində istehsalın həcmi kəskin şəkildə azaldı, məhsul keyfiyyətinin pisləşməsi və bir çox xarici və daxili bazarların itirilməsi baş verdi. Toxuculuq müəssisələrində kompleks islahatların yüksək keyfiyyətlə həyata keçirilməsinin əsas şərti yeni idarəetmə, uçot və nəzarət sisteminin yaradılmasıdır. Nəinki səmərəli idarəetmə prosesi, həm də müəssisənin bazar iqtisadiyyatı şəraitində uğurlu fəaliyyəti müəssisədə idarəetmə və mühasibat uçotunun necə rasional şəkildə qurulmasından, onun təsərrüfat fəaliyyətini nə dərəcədə obyektiv əks etdirməsindən asılıdır. Bu araşdırma mühasibat məlumatlarının toxuculuq müəssisələrinin idarə edilməsi üçün əhəmiyyətini ortaya çıxarmaq və biznes rəhbərliyinin qəbul edəcəyi qərarlarda mühasibat uçotu informasiya sistemindən aktiv istifadənin faydalarına diqqəti cəlb etmək məqsədi daşıyır.

Published

2024-06-02

How to Cite

S.S.Musayev, & V.M.Ramazanov. (2024). TOXUCULUQ MÜƏSSİSƏLƏRİNDƏ GƏLİR VƏ XƏRCLƏRİN UÇOTUNUN MÜASİR STANDARTLARININ TƏTBİQİNİN İQTİSADİ NƏZARƏTDƏ VƏ İDARƏETMƏDƏ ROLU. European Research Materials, (6). Retrieved from https://ojs.scipub.de/index.php/ERM/article/view/3756

Issue

Section

Economic Sciences