İBTİDAİ MƏKTƏBDƏ OXU MATERİALLARI ƏSASINDA ŞAGİRDLƏ¬RİN NİTQİNİN İNKİŞAF ETDݬRİL¬MƏ¬Sİ PROBLEMİNİN KURİKULUM PROQRAMI VƏ DƏRSLİKLƏRDƏ QOYULUŞU

Authors

  • Qasımova Maya Rəhim qızı Pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan, Bakı, https://orcid.org/ 0000-0001-9116-4331

Keywords:

ibtidai məktəb, kurikulum, dərsliklər, söz ehtiyatı, dil qaydaları, oxu mətnləri

Abstract

Ölkəmizdə müstəqillik bərpa edildikdən sonra təhsil sahəsində ardıcıl və məq­sədyönlü islahatların həyata keçirilməsi ən əlamətdar hadisələrdəndir. 15 iyun 1999-cu ildə ulu öndərimiz tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasının təhsil sa­həsində İslahat Proqramı” müs­tə­sna əhəmiyyətə malik tarixi sənəd kimi müasir dövr­də təhsil sahəsində dövlət siyasətinin prinsip və strategiyasını müəy­yən­ləş­dir­miş­dir. Tələbyönümlülük, nəticəyönümlülük, şagird­yönümlülük, in­teqrativlik prin­sip­ləri üzərində qurulmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 ok­­tyabr, 2006-cı il tarixli sərəncamı ilə təsdiqlənmiş “Azər­baycan Respublikasında ümu­­­mi təhsilin Kon­­sepsiyası (Milli Kuriku­lumu)” (7) təhsilin humanistləşdi­ril­mə­si­­nə təminat verdi, şagirdlərin hə­yati əhəmiyyəti olan bilik, bacarıq və vərdişlər qa­za­­na­­­raq şəxsiyyət kimi formalaşmasına imkan yaratdı.

2008-2009-cu tədris ilindən Kurikulum islahatı ümumtəhsil məktəblərinin bi­rinci sinfin­dən tətbiq olunmağa başladı. İslahat digər təhsil pillələri ilə yanaşı, ibtidai təhsilin də məqsəd və və­zi­fə­lərini, ümumi təlim nəticələrini konkretləşdirdi. “Azər­baycan Respublikasında ümu­mi təh­si­lin Kon­­sepsiyası (Milli Kuriku­lumu)” çərçivə sə­nədinə əsasən ibtidai təhsil pilləsi üzrə fənn ku­ri­ku­lumları hazırlanaraq istifadəyə verildi. Azərbaycan dili üzrə fənn kurikulumu hazırlanarkən ana dilinin düşünmə, an­lama, danışma silahı olması diqqət mərkəzinə alındı və fənnin öyrədil­məsin­də tə­rif və qaydaların əzbərlədilməsi deyil, zəruri nitq bacarıqlarının, ünsiyyət mədəniy­yə­tinin formalaşdırılması, kommunikativ vərdişlərin aşılanması zərurəti ön plana çə­kil­di.

Published

2023-11-06

How to Cite

Qasımova Maya Rəhim qızı. (2023). İBTİDAİ MƏKTƏBDƏ OXU MATERİALLARI ƏSASINDA ŞAGİRDLƏ¬RİN NİTQİNİN İNKİŞAF ETDݬRİL¬MƏ¬Sİ PROBLEMİNİN KURİKULUM PROQRAMI VƏ DƏRSLİKLƏRDƏ QOYULUŞU. European Research Materials, (4). Retrieved from https://ojs.scipub.de/index.php/ERM/article/view/2407

Issue

Section

Pedagogical Sciences