Azərbaycan və ingilis dillərində təyin budaq cümlələrinin müqayisəli təsnifatı

Authors

  • Əliyeva Sevinc Akif qızı ADPU-nun Şəki filialı, baş müəllim, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı

Keywords:

Təyin budaq cümləsi, nisbi əvəzlik, nisbi zərf, yalançı budaq cümlə, bağlayıcı

Abstract

Tabeli mürəkkəb cümlənin növlərindən biri olan təyin budaq cümləsi (The attributive subordinate clause / relative clause) həm ingilis, həm də Azərbaycan dilində baş cümlədə hər hansı bir şəxsi və ya əşyanı bildirən, isim və ya əvəzliklə ifadə olunmuş üzvün təyini rolunda çıxış edir. Bu baxımdan sözügedən dillərdə təyin budaq cümləsi baş cümlənin mübtəda, tamamlıq, ismi xəbərini izah edir, zərfliyi isə konkretləşdirir. Fikirlərimizi aşağıdakı nümunələrlə müqayisəli şəkildə təqdim edək:
a) One matter whose answer is unknown is interesting for us.
a) Bir məsələ bizi maraqlandırır ki, cavabı bəlli deyil.
b) This is the answer that the jury are completely satisfied with.
b) Bu elə cavabdır ki, münsiflər heyəti tam razıdır.
c) I would like to read the book which is recommended by my teacher.
c) Mən o kitabı oxumaq istərəm ki, onu mənə müəllimim tövsiyə edir.
d) They live in the village where ancient historical monuments have been preserved up to the modern period.
d)Onlar elə kənddə yaşayırlar ki, qədim tarixi abidələr müasir dövrə qədər qorunub saxlanılıb.

Published

2023-07-24

How to Cite

Əliyeva Sevinc Akif qızı. (2023). Azərbaycan və ingilis dillərində təyin budaq cümlələrinin müqayisəli təsnifatı. European Research Materials, (3). Retrieved from https://ojs.scipub.de/index.php/ERM/article/view/1904

Issue

Section

Philological Sciences