Structural types and derivation of modal words in Turkic languages

Authors

  • Susan Fahraddin girl Huseynova Azerbaijan State Pedagogical University, Teacher Faculty of Philology

Abstract

Türk dillərində strukturca modal sözlər rəngarəng şəkillərdə çıxış edir və bu vahidləri üç yerə bölmək olar:

1) Sadə modal sözlər. Türk dillərində bu struktura malik modal sözlər intensiv şəkildə işlənməkdədir. Məsələn, sadə quruluşlu Azərbaycan dilində işlənən bəlkə modal sözünün qohum dillərdə mürəkkəb formaları da müşahidə olunmaqdadır. Belə ki, Türkiyə türkcəsində bəlkə modal sözünə ədatı qoşularaq onun mürəkkəb formasını yaradır; -Dayanın canım, bəklə Gülcan xanım hələlik heç bir şey yazmamışdır (Azərbaycan dilində) -Durun canım, belki de Gülcan hanım, henüz bir şey yazmamışdır (Türkiyə türkcəsində)

            2) Düzəltmə modal sözlər funksional modal sözlər şəklində də qruplaşdırılır və bunlara məsələn, doğurdan, doğrusu, düzü, görünür, deyəsən, görəsən, əvvələn, məncə, bizcə, demə, sözsüz, həqiqətən, deməli, olmaya, ümumiyyətlə, təxminən və s. vahidlər aid edilir. Məsələn, düzəltmə struktura malik sözsüz modal sözü başqırd dilində dörös, Türkiyə türkcəsində tabii, qazax türkcəsində söz ýox, qırğız dilində öba, tatar dilində dörös, özbək dilində älbättä, türkmən dilində hava, uyğur dilində älvättä şəkillərində işlənərək həmin sözün həm düzəltmə, həm sadə, həm də mürəkkəb strukturlarını formalaşdırır.

3) Mürəkkəb modal sözlər. Azərbaycan dilində bu struktura malik modal sözlər tərkibi və leksikləşmiş modal sözlər kimi də təsdiq olunmuşdur. Türk dillərində bu cür mürəkkəb modal sözlər - modal sözlə ədatın, bağlayıcının, qoşmanın birləşməsindən əmələ gəlir. Bunlara misal olaraq əlbəttə ki, yəqin ki, güman ki, şübhəsiz ki, bəlkə də, beləliklə də, deyilənə görə, görünür ki, gərək ki və s. vahidlərini misal göstərə bilərik

Published

2023-04-09

How to Cite

Susan Fahraddin girl Huseynova. (2023). Structural types and derivation of modal words in Turkic languages. European Research Materials, (2). Retrieved from https://ojs.scipub.de/index.php/ERM/article/view/1217

Issue

Section

Philological Sciences